Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürüldü -FOTO - VİDEO - YENİLƏNİB-2

 

 

 

 

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Yenixeber.org: Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Yanğınla əlaqədar qərargah yaradılıb. 


*** 09:22

Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrə qədər ərazi yanıb.

“Report”un xəbərinə görə, yanğınsöndürmə işləri davam etdirilir. 

Hadisə yerinə helikopter də cəlb olunub.


***

Xəbərə video əlavə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


*** 08:07

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Hadisə səhər saatlarında qeydə alınıb. 

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb. 

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam