Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“DESFA-nın özəlləşdirilməsi məsələsi həllini tapıb”

4067b28221c83f9bf428abd0f4eec712

“SOCAR tərəfindən Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA-nın özəlləşdirilməsi məsələsi demək olar ki, öz həllini tapıb. Danışıqlar gedir, hal-hazırkı mərhələdə narazılıqla bağlı heç bir səbəb yoxdur”.

Xeberinfo.com:  Məlumata görə, bunu “EurActiv” agentliyinə müsahibəsində Avropa Birliyinin energetika məsələləri üzrə komissarı və vitse-prezidenti Maroş Şevşoviç deyib.
“Düşünürəm ki, DESFA o vaxt artıq özəlləşdirilməyə, SOCAR isə investisiya yatırmağa hazır idi. Avropa Komissiyası bazarın cari və gələcək vəziyyətini araşdırır ki, bütün sahələrdə müvafiq rəqabətin olduğuna əmin olsun. Buna görə də, SOCAR-ın hansı paya sahib olması müzakirə mövzusu olub”, – deyə M. Şevçoviç qeyd edib.
Qeyd edək ki, bu ilin avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və “Hellenic Petroleum S.A.” şirkətinin rəhbərləri ilə görüşüb.
Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.
Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.
Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam