Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“TAP-ın marşrutunun dəyişəcəyi istisna olunmur”

 

Yunanıstan icmaları narazı olsa, Transadriatik qaz kəmərinin marşrutu dəyişdirilə bilər. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Yunanıstan KİV-i ətraf mühit və energetika naziri Panayotis Lafazanisə istinadən bildirir.
Yunanıstan hökuməti TAP layihəsini dəstəkləyir, çünki bu layihə ölkəyə səmərə gətirəcək, – deyə P. Lafazanis qeyd edib.
“Energetika Nazirliyi Yunanıstanın bu layihədən əldə etdiyi mənfəətin həcmini araşdırmaq üçün TAP konsorsiumu ilə birgə komitənin yaradılmasına razılıq verib. Amma yerli ictimaiyyətin sərt reaksiyası ilə qarşılaşdıqda TAP-ın marşrutunun dəyişdirilməsi məsələsinə yenidən baxıla bilər”, deyə o bildirib.
Nazir habelə deyib ki, DESFA qaz operatorunun özəlləşməsi başa çatmayıb. “DESFA-da 66% payın SOCAR-a satışında irəliləyiş var. Gələcəkdə hökumətin mövqeyi Avropa Rəqabət Komissiyasının qərarından asılı olacaq”, – deyə o bildirib.
Əvvəllər nazir bəyan etmişdi ki, Yunanıstan hökuməti TAP-ın tikintisini dəstəkləyir, amma tranzit gəlirlərini az hesab edir.
Amma fevralda Lafazanis bəyan etdi ki, Yunanıstan hökuməti TAP-ın və İGB-nin (Yunanıstan-Bolqarıstan interkonnektoru) tikintisini dəstəkləyir və onların başa çatmasına kömək edəcək. /”Turan”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam