Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Koronavirus əleyhinə bütün vasitələr ölkəmizə gətirilib

 
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, iclasda gündəlikdə duran bir sıra məsələlərə toxunulub.

Görüşdə nazirliyin aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.

İclası İctimai Şuranın sədri Rüstəm Salayev il ərzində görülən işlər barədə məlumat verib. Sonra koronavirusa qarşı görülən tədbirlər barədə nazirliyin sektor müdiri Viktor Qasımov məlumat verib. O, bildirib ki, bu sahədə zəruri olan bütün vasitələr ölkəmizə gətirilib və bütün hazırlıq işləri görülüb.

İctimai Şura üzvlərini maraqlandıran suallar aparat rəhbəri Nadir Zeynalov tərəfindən cavablandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam