Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qusarda itkin düşən iki şəxs -Fotolar

 

Qusar rayonunun Lanqi kənd sakini, 53 yaşlı Bəşirova Lalə Ağamirzə qızı 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yenixeber.org: Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur.

L.Bəşirova psixi problemlərdən əziyyət çəkir. İnsanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli deyil. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.

Qusar rayonunun Caqar kənd sakini, 62 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu sonuncu dəfə 2019-cu ilin iyun ayının 17-da Qusar rayon Mərkəzi Xəstəxanasının həyətində olmuş və bundan sonra naməlum istiqamətə gedərək itkin düşmüşdür.

Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 163 sm., uzunsov sifətli, gözlərinin rəngi qonur, orta bədən quruluşludur. Hər iki qolları əyridir, sol çiyninin qabaq tərəfində dəri yarası və çapıq yeri var.

N.Ərzimanov psixi problemlərdən əziyyət çəkir. İnsanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli deyil. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.

İtkin düşən zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.

Şəkillərdə gördüyünüz hər iki şəxsi tanıyanlardan və barələrində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam