Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirus - Yaponiyada gəmidə sürətlə yayılır

 

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında qalan “Diamond Princess” gəmisinin daha 10 sərnişinində 2019-nCoV koronavirusu aşkarlanıb.

Yenixeber.org: Bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.

Məlumata görə, bütün xəstələr Kanaqava prefekturasının tibb müəssisələrinə yerləşdiriləcəklər. Virusa yeni yoluxanların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır. Daha əvvəl gəminin 10 sərnişinində koronavirus aşkarlanıb. Onlar Yaponiya, Çin, ABŞ, Avstraliya və Filipinlər vətəndaşlarıdır. Virus daşıyıcıları xəstəxanalara çatdırılıblar. Bununla da Yaponiya gəmisində koronavirusa yoluxanların sayı 20 nəfərə çatıb.

Səhiyyə Nаzirliyinin məlumatına görə, gəmidə təxminən 3,7 min insan var. Onlar 50-dən çox ölkənin vətəndaşlarıdır.

Gəmi yanvarın 20-də Yokohama limanından çıxıb və fevralın 3-də qayıdıb. Sərnişinlər arasında koronavirusun aşkarlandığı Çin vətəndaşı da olub. O, yanvarın 25-də Honkonqda gəmini tərk edib.  

Yaponiyanın səhiyyə naziri Kato Kasunobu sərnişinlərin və heyət üzvlərinin daha 14 gün gəmidə qalması arzusunu ifadə edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam