Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İstanbulda təyyarə qəzası nəticəsində yaralıların sayı artdı -FOTO - VİDEO - YENİLƏNİB-2

 

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı xəbər verir.

İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb. 

O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər - 171 sərnişin və 6 heyət üzvü olub. Hadisə zamanı ölən olmayıb. 


***20:49

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

 Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. 


 *** 19:57

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb. 

 Türkiyə KİV-ləri xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb. 

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib. 

 

 

Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib. 

Türkiyə Nəqliyyat Nazirliyi təyyarədə 171 sərnişin və 6 ekipaj üzvünün olduğunu, heç bir tələfat qeydə alınmadığını açıqlayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam