Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakıda tapılan yeraltı hamam -bərpa edilib

 

Ə.Ələkbərov bütün görülən işlərlə yanaşı, turizmin inkişaf etdirilməsinin İdarənin əsas fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd etdi

"İl ərzində Qoruq ərazisində 104 ünvanda İdarə tərəfindən cari təmir və bərpa işləri aparılıb. 220 m2 çəmən salınıb, 8950 ədəd müxtəlif növ mövsümü güllər əkilib, 165 p/m su xətti, 330 p/m elektrik xətti yuvaları quraşdırılıb, 9 ədəd su hidrantları və 1738 m2 yol örtüyü dəyişdirilib"

 

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanında yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir və cari ilin ortalarına kimi bitməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığının salınması istiqamətində işlər davam etdirilir.

"Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında aparılan işlərin tərkib hissəsi olan Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb", - deyə Ələkbərov vurğulayıb.

 

O qeyd edib ki, qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın "Atelier Erich Pummer" şirkəti tərəfindən həyata keçirilib.

Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilib.



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam