Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri: “Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”

“Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”.

Yenixeber.org: Bunu bu gün “Seçkinin mediada isıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes bildirib.

Zoltan Hernyes deyib ki, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib: “Bu tövsiyələr əsasən, medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, MSK-ya Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri qeyd edib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir: “Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam