Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ruhani vurulan Ukrayna təyyarəsinə görə üzrxahlıq etdi: “Mən yubanmaya və tonumuza görə üzr istəyirəm”

İran Prezidenti Həsən Ruhani Ukraynaya məxsus sərnişin təyyarəsinin səhvən vurulmasını dərhal etiraf etmədiklərinə görə üzr istəyib.

Yenixeber.org: Bu barədə bu gün H. Ruhani İran dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.

“Mən yubanmaya və tonumuza görə üzr istəyirəm”, – deyə İran Prezidenti vurğulayıb.

O İran Silahlı Qüvvələrindən təyyarənin vurulması ilə bağlı daha çox məlumat verilməsini tələb etdiyini qeyd edib: “Mən istərdim ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı tədqiqatın bütün təfərrüatını xalqa açıqlasın”.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam