Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranlılar Süleymaninin qisasını belə aldı-Çobanlar xüsusi amansızlıqla öldürülüb

                 İran yaraqlıları Suriyada dəhşətli qətliam törədibkər.

Yenixeber.org: Suriyalı fəallar Raqqa və Deyr-əz-Zor vilayətləri arasında yerləşən Maadan rayonunda 21 çobanın öldürüldüyünü bildirir. Qətliam İran İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən iki gün sonra törədilib.

Hadisənin baş verdiyi rayon Suriya rejiminin nəzarətindədir. Suriya mənbələri və bir çox xəbər saytları çobanların iranlı yaraqlılar tərəfindən öldürüldüyünü yazır. Yerli sakinlər deyiblər ki, qətliam Süleymaninin öldürülməsinin qisası olaraq törədilib.

General Süleymani Suriya münaqişəsinin “arxitektoru” hesab edilir, məhz onun aparıcı rolu sayəsində şiə yaraqlıları Əsəd rejiminin müdafiəsinə qalxıb. Və generalın ölümü rejim tərəfdaşlarının sıralarında qəzəb yaradıb. Suriya İnsan Haqları Şəbəkəsi bildirir ki, öldürülənlər arasında üç uşaq da olub.

Suriya üzrə tədqiqatçı Navvar Saban Al-Quds Al-Arabi qəzetinə deyib ki, qətliama görə iranlı yaraqlılar günahkardır. Onun bildirdiyinə görə, iranlı yaraqlılar Maadanda rejimin nəzarətində olan rayonlarla kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri alyansının nəzarətində olan rayonlar arasında nəzarət-buraxılış məntəqələrindən istifadə ediblər. Və nəzarət-buraxılış məntəqəsi bağlandıqdan sonra həmin rayonda qalıbar.

Qeyd edək ki, Suriya Demokratik Qüvvələri ABŞ tərəfindən dəstəklənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam