Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Azərbaycanda - vəkillərin peşə bayramı günüdür

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

Yenixeber.org: 28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkilllər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovxatırladıb ki, Prezident İlham Əliyevin 2019-cu iı dekabrın 25-də imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib

"Bu, bizim üçün çox sevindiricidir və hesab edirik ki, ölkə başçısı tərəfindən vəkillərə verilən qiymətin nəticəsidir. Vəkillər və vəkillik haqqında" Qanun 28 dekabr 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. Vəkilliyin 100 illik yubileyi, Qanunun qəbul edilməsinin 20 illiyində "Vəkil günü" təsis edilməsi vəkillər üçün əsl bayrama çevrilib ".

Anar Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Onun sözlərinə görə. Vəkillər Kollegiyası da bu islahatlara öz töhfələrini verir.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, vətənin müdafiəsi və dövlətimizin suverenliyi uğrunda canından keçən şəhidlərinizin məzarları çiçıklər, Şəhidlər abidəsinin qarşısına əklil qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam