Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xorvatiya Prezidenti də İlham Əliyevi təbrik edib

 

 
Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Yenixeber.org: Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzu etməkdən şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzulayıram.

Mən Azərbaycan və Xorvatiya arasında qarşılıqlı maraq doğuran bir çox sahələrdə, xüsusən də iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün gələcək əməkdaşlığımızı və görüşlərimizi səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında daha yaxşı əməkdaşlığı təşviq etmək, qarşılıqlı investisiya qoyuluşlarına marağı stimullaşdırmaq xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam