Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Serj Sarkisyanın qardaşı oğlu Çexiyadan ekstradisiya edildi-həbs olunub

 

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya edilib.

Yenixeber.org: aysor.am saytının verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin vəzifələrini icra edən Arman Sarkisyan bildirib.

Polis rəisi deyib ki, N. Sarkisyan bu gün Ermənistana gətirilərək istintaq təcridxanasına yerləşdirilib.

“İlkin istintaq çərçivəsində hansı addımların atılacağı barədə məlumat veriləcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, beynəlxalq axtarışa verilən N. Sarkisyanın bu il dekabrın 6-da Praqada olduğu müəyyən olunub. O, saxta Qvatemala pasportu ilə “Franklin Qonzalez” adı altında gizlənirmiş.

N. Sarkisyan narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olunur. Onun barəsində 2018-ci lilin iyununda axtarış elan olunub.

Ermənistan Baş Prokurorluğu N. Sarkisyanın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı Çexiyaya müraciət edib, Çexiyanın aidiyyəti qurumları isə bu müraciətə baxaraq, N. Sarkisyanın Ermənistana ekstradisiyasına qərar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam