Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qubad İbadoğludan Arif Hacılıya cavab

 

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiya başqanı Arif Hacılının ittihamlarına cavab verib.
 
"Xeberinfo.com":   Məlumata görə, Q. İbadoğlu Lent.az-a açıqlamasında bildirib ki, həm ictimai fikri, həm də partiya daxili fikri onun əleyhinə  formalaşdırmağa çalışırlar: “Biz təklif eləmişdik ki, yanvarın 31-də Rəsulzadənin doğum günü münasibəti ilə anım mərasimindən sonra partiya qərargahında toplaşaq və İsa Qəmbər, Arif Hacılını da ora dəvət edək. Bizim məqsədimiz partiyadaxili məsələləri müzakirə etməkdir. Təbii ki, Ənvər Əhmədin Müsavatdan uzaqlaşdırılması məsələsinə də toxunacaqdıq. Amma hiss olunur ki, onlar bizim bu təklifimizi çox emosional qarşılayırlar. Hətta, divan üzvlərinin də reaksiyasından bunu görmək olar. Mən təəssüf edirəm ki, partiyadaxili məsələləri müzakirə etmək barədə təklifimiz qarşı tərəfdən belə aqresiya ilə qarşılandı".
 
Partiyanın əsas funksionerlərindən biri olmuş keçmiş namizədin sözlərinə görə, Müsavat Partiyasında həmişə açıq, konstruktiv, məsələlərin geniş formatda aparılmasını təklif edib: “Partiyanın işinin yenidən qurulması ilə bağlı tövsiyələr paketini məclisə təqdim eləmişəm, eyni zamanda  23 noyabr 2014-cü il tarixində Müsavat Partiyasında təşkil olunan barışıq naminə təkliflər paketi ilə çıxış eləmişəm. Yəni deyilənlər əsassızdır. Əsəbidirlər, emosiyanaldırlar, idarəçilikdə problemlər var. Ona görə də günahı kiminsə üzərinə atmaq üçün belə zərurət yaranır".
 
Xatırladaq ki, Arif Hacılı Qubad İbadoğlunu ittiham edərək bildirib ki, o, qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etməyib: “Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampanniyanın lideri olmamışdı. Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam