Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qubad İbadoğlu partiyadan çıxarılacaq?

 

Arif Hacılı seçkilərdəki keçmiş rəqibini anti-Müsavat kampaniyasının lideri adlandırdı...

"Xeberinfo.com":  Məlumata görə, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiya Divanının növbəti iclasına dəvət edilməsini bir çoxları onun Müsavat sıralarından xaric edilməsinə hazırlıq kimi qiymətləndiriblər. Partiya başqanı Arif Hacılının yanvarın 27-də özünün facebook səhifəsində Qubad İbadoğlu barəsində yazdıqları bu qənaətə gələnlərin əminliyini daha da möhkəmləndirib. 

Arif Hacılı bildirib ki, Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etməyib: “Qubad İbadoğlu Müsavat Partiyasına vura biləcəyi bütün zərbələri vurub. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymayıb. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallığı nümayiş etdirib. O, heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı, ancaq ətrafındakı qrupla anti-Müsavat kampaniyasının lideri oldu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.
Bəs Qubad İbadoğlu Divana çağırılmasını partiyadan xaric edilməsinə hazırlıq hesab edirmi? Partiyadan çıxarılacağı halda, onu müdafiə edənlərin də partiyadan gedəcəyini düşünürmü?
Q.İbadoğlu partiyadan çıxarılacağının gözlənilən olduğunu dedi: “Nizamnamənin işləmədiyi və onun normalarına əməl olunmadığı yerdə istənilən qərarı gözləyirəm, məni partiyadan çıxarmaq qərarı verə bilərlər. Hesab edirəm ki, bu, hüquqi yox, siyasi qərar olacaq. Gedən proseslər də onu göstərir ki, Müsavat Partiyasının son 4 aydakı uğursuzluqlarının suçunu bizim üzərimizə qoymaq istəyirlər. 
Partiya 4 ayda müəyyən təşəbbüslərlə çıxış edib, lakin ortalığa nəticə çıxara bilməyib. Baş verənlər göstərir ki, partiyanın siyasi fəaliyyətinin gücləndirilməsi ilə bağlı bitkin bir sənəd yoxdur. Təəssüflər olsun ki, partiya rəhbərliyi bütün məsələləri kənara qoyub yalnız Qubad İbadoğlunu və onun tərəfdarlarının təmizlənmə əməliyyatı ilə məşğuldurlar. Son günlər də Arif Hacılı başda olmaqla, Müsavatın yetkililəri mənim əleyhimə yanlış olan fikirləri sosial şəbəkələrdə dərc edirlər. Müsavatın uğursuzluqlarını bizimlə əlaqələndirirlər. Biz həmişə Müsavatda həmrəylik, birlik tərəfdarı olmuşuq. 
Biz Müsavat Partiyasının işinin gücləndirilməsində maraqlıyıq. Bunu konstruktiv şəkildə həyata keçirməyin tərəfdarıyıq və bununla bağlı noyabr ayında təkliflər paketi də təqdim etmişəm. Lakin bütün bunlar kənarda qalıb və məsələlər yenə bağlı qapılar arxasında müzakirə edilir. Düşünürəm ki, Ənvər Əhmədin partiyadan çıxarılması yanlış qərar idi. Çünki partiyada son günlərdə bir sakitlik hökm sürürdü, münasibətlər normallaşmağa başlamışdı. Ənvər Əhmədin partiyadan çıxarılması sakitliyi pozdu. Bütün bunlar hamısı bir məqsəd üçün - Qubad İbadoğlu və onun tərəfdarlarının partiyadan çıxarılması üçün edilir”.  
 
Q.İbadoğlu düşünür ki, Ədliyyə Nazirliyinin Müsavatın qurultayının protokolunu qəbul edib partiyanın qeydiyyatını təzələməsi partiya rəhbərliyini arxayınlaşdırıb: “Onlar artıq bundan sonra arxayın şəkildə daxildə məlum addımları atmaqla bizim tərəfdarlarımızın özlərinin getməsinə nail olmağa çalışırlar. Partiyadan çıxarılacağım halda tərəfdarlarımın atacağı addım barədə tərəfdarlarımızla müzakirəmiz olmayıb. Yəqin ki, barəmdə belə bir qərar olsa, müzakirələr aparıb öz mövqeyimizi bildirəcəyik. Amma Müsavat üzvlərinin hər birinin öz seçiminə həmişə hörmətlə yanaşmışam. İndiyə qədər də öz tərəfdarlarımızın Müsavatı tərk etməsinin əleyhinə olmuşam və çalışmışam ki, onların istefa verməsinin qarşısını alım. Bundan sonra nə baş verəcək, onu planlaşdırmaq çox çətindir. Çünki partiyada qalıb-qalmamaq seçimi hər kəsin özünə məxsusdur”.   
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirdi ki, Qubad İbadoğlu və partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Divana çağırılmağında məqsəd heç də onların partiyadan kənarlaşdırılması deyil: “Onlara müəyyən suallar ünvanlanacaq və sonra hər şey aydın olacaq. Qarşıya bundan başqa heç bir məqsəd qoyulmayıb. Ola bilər ki, digər şəxslər də fəaliyyətləri ilə əlaqədar Divana çağırılsın”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam