Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Vergilər Nazirliyinin idarə rəisi:"Ölkədə zərərli vergi güzəştləri olmamalıdır"

Azərbaycanda iqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib.

Yenixeber.org: Bunu “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda Bakıda keçirilən dəyirmi masa zamanı çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

Onun sözlərinə görə, vergi yalnız fiskal, deyil, eyni zamanda tənzimləyici rol oynayır.

“Tənzimləyici rol iqtisadiyyatın inkişafında daha önəmlidir. İqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib və bu istiqamətdə müəyyən işlər görülüb. Əsas məqsədlərdən biri sahibkarlar tərəfindən şəffaf uçotun aparılmasına nail olmaqdır. Həyata keçirilən addımlar həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət edir. Ölkədə zərərli vergi güzəştləri olmamalıdır”, – deyə S. Musayeva qeyd edib.

Tədbir Azərbaycanda iqtisadiyyatın və biznesinin inkişafında dayanıqlı inkişafın əsasını qoyacaq yeni platformanın əsası qismində çıxış edib.

Qeyd edək ki, tədbirə Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis, biznes nümayəndələri və elm adamları iştirak edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam