Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir -FOTOLAR

 

 

Fransa hökuməti Rusiyaya müraciət edərək sabiq imperator Napoleon Bonapartın silahdaşlarından biri, general Sezar Şarl-Etyen Qudenin (1768-1812) nəşinin qalıqlarlarını istəyib. 

Yenixeber.org: Bu barədə mənbələrə istinadən "Point" bildirib.

"Prezident Emmanuel Makron general Qüdenin nəşinin qalıqlarının qaytarılması ilə bağlı prosesin təşkilinə başlamağı xahiş edib", - deyə KİV-in məlumatında qeyd edilir. 

Qeyd edək ki, generalın nəşinin qalıqlarları ötən yay Smolenskdə, Lopatinski bağında Kral qalasında qazıntılar zamanı aşkarlanıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, əgər Fransa tərəfi istəsə, Rusiya general Qudenin qalıqlarlarını bu ölkəyə verməyə hazırdır.

"Point" bildirib ki, bununla bağlı Parisdəki Əlillər Evində xüsusi mərasim keçiriləcək. Mərasimdə Rusiya prezidenti Vladimir Putinin də iştirakı gözlənilir. Tədbirdən sonra generalın nəşi dəvn ediləcək. 

Sezar Şarl-Etyen Quden Fransanın 1812-ci ildə Rusiyaya qarşı hərbi əməliyyatı kampaniya zamanı fransız ordusunun 1-ci korpusunun 3-cü diviziyasının komandanı olub. O, Smolensk döyüşündə aktiv iştirak edib.

General 1812-ci ilin 19 avqustunda Valutin yüksəklikləri uğrunda döyüşdə ağır yaralanıb. Top mərmusu generalın hər iki ayağını qoparıb. Tarixi mənbələrə görə, Quden dərhal Smolenskə aparılıb və Napoleon ona şəxsən qulluq edib. Amma generalın həyatını xilas etmək mümkün olmayıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam