Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Latviyalı deputat:"AzTV-nin fəaliyyəti təqdirəlayiqdir"

Latviyanın keçmiş ətraf mühitin mühafizəsi və bölgələrin inkişafı naziri, hazırda iqtidar partiyasından deputat Roman Naudinş sosial şəbəkədə Azərbaycan Dövlət Televiziyası barədə yazı paylaşıb.

Yenixeber.org: Latviya Seyminin üzvü azərbaycanlı babasından müsahibə götürməsindən rəğbətlə bəhs edib.

“Bu gün dost Azərbaycandan gələn AzTV məndən, hətta babam azərbaycanlı İdris bəydən müsahibə götürüb. Azərbaycan televiziyasından bu cür təşəbbüsü ilk dəfədir gördüm. Çox maraqlı addımdır. Qeyd edim ki, son vaxtlar AzTV efirində çox müsbət dəyişikliklər sezilir, Azərbaycandan uzaqda olan biz də verilişlərinizi maraqla izləyirik. Dünyanın müxtəlif xalqlarına həsr olunmuş maraqlı proqramlar, ictimaiyyətin diqqətini dünyanın mühüm problemlərinə yönəldən verilişlər, həmçinin Azərbaycan dostlarının sayını artırmaq yönündəki səylər təqdirəlayiqdir. Bu məsul vəzifədə sizə uğurlar arzulayıram”.

Qeyd edək ki, Latviyanın Avropa İttifaqında tanınan ictimai xadimlərindən olan R.Naudinşin babası İdris İbrahimov əslən Siyəzən rayonundandır, vaxtilə Latviyaya köçüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam