Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Senatı -növbəti dəfə erməniləri məyus etdi

ABŞ Senatı növbəti dəfə erməniləri məyus etdi
ABŞ Senatı üçüncü qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsini müzakirə etməkdən imtina edib.
Yenixeber.org: ABŞ Senatının qaydalarına əsasən, qanunvericilər əvvəlcə layihənin gündəliyə salınması üçün səs verməli, yalnız bundan sonra sənədin müzakirəsinə və səsverməsinə keçməlidirlər.

Qətnamə layihəsinin müəllifləri ermənipərəst senatorlar Robert Menendez və Ted Kruzdur.

Menendez ABŞ Konqresinin Nümayəndələr Palatasının bu yaxınlarda qondarma “soyqırımla” bağlı qətnamə qəbul etdiyini xatırladaraq, Senatdakı həmkarlarını həmin sənədi gündəliyə daxil etməyə çağırıb.

Şimali Dakota ştatını təmsil edən respublikaçı senator Kevin Kramer qətnaməyə qarşı çıxıb. Keçmiş konqresmen, 2018-ci ildən bəri Senatın üzvü olan Kramer hesab edir ki, bu gün qətnamə qəbul etmək üçün əlverişli vaxt deyil.

“Mən bu qətnamə ilə razıyam və əminəm ki, digər həmkarlarım da mənim kimi düşünür. Biz onu gündəliyə daxil edə bilərik, amma sual bunu nə vaxt etməli olduğumuzla bağlıdır. Mənə elə gəlir ki, indi bunun vaxtı deyil”, - deyə Kramer əlavə edib.

ABŞ Senatının qaydalarına görə, hər bir senator istənilən məsələnin müzakirəsini bloklaya bilər. Beləliklə, qətnamə layihəsinin Senatın gündəliyinə salınması Kramer tərəfindən bloklanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam