Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda- keçmiş hərbi polis rəisi rüşvətə görə həbs edilib

Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Gümrü bölməsinin keçmiş rəisi M.Muradyan 22 milyon dram (46 min 205 dollar) məbləğində rüşvət almaqda ittiham olunur.

Yenixeber.org: Məlumatı Ermənistan İstintaq Komittəsinin Mətubat Xidməti yayıb.

Bildirilib ki, 2014-cü ildə tanışı E.Martirosyanın oğlu, Rusiyada barəsində axtarış elan edilmiş V.Martirosyan cəzadan yayınmaq üçün Ermənistana qaçıb. Məlumata görə, Muradyan tanışından bu cinayəti ört-basdır etmək üçün yuxarıda göstərdiyimiz məbləğdə rüşvət istəyib. Halbuki o, məsul şəxs olaraq, cinayətin üstünü açmalı imiş. Aldığı rüşvət qarşılığında Muradyan V.Martirosyana qanunsuz olaraq Ermənistan vətəndaşı pasportu və hərbi bileti təşkil edib. Bundan başqa o, V.Martirosyana öz malikanəsində sığınacaq da verib.

Dekabrın 4-də isə Muradyan barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi Ermənistanın Mərkəzi Hərbi Prokurorluğuna göndərilib.

Xatırladaq ki, Rusiyanın 102 saylı hərbi bazası Gümrüdə yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam