Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əli Həsənovun saytlarına qadağa qoyuldu -RƏSMİ

 

 

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun kurasiyasında olan bəzi saytlara qadağa qoyulub.

 

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, artıq anews.az, publika.az və aznews.az saytları haqqında məhkəmə qərarı da qəbul edilib.

 

Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə sözügedən saytların rəhbərlərinin İnternet informasiya ehtiyatlarına müraciətlərinin dərhal məhdudlaşdırılması haqqında qərar qəbul edilib.

 

Qərarda deyilir ki, “ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin maraqlı şəxs www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında mülki işə baxaraq qət etdi:

 

www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciət dərhal məhdudlaşdırılsın.

 

Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.(BAKU.WS)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam