Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Bu üç ölkənin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

 

 

 

İran, Çin və Rusiyanın hərbi dəniz qüvvələri dekabr ayında İranın cənub sularında - Hind okeanının şimalında birgə təlimlər keçirəcək.

Yenixeber.org: “Mehr” xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiralı Hüseyn Xanzadi bildirib.

“Gələn ay keçiriləcəyi ehtimal edilən müştərək hərbi oyunlar bu üç ölkənin münasibətlərində paylaşılan və paylaşılmayan (paylaşılmayan deyəndə başqalarının milli maraqlarına hörmət etdiyimizi nəzərdə tuturam) maraqların müəyyən strateji nöqtəyə çatdığı barədə dünyaya müəyyən ismarıc veriləcək. Bu hərbi oyunlarla dənizdə təhlükəsizliyin hər növünün bütün aidiyyəti ölkələrin maraqlarını nəzərə almasının vacibliyi barədə dünyaya ismarıc göndərmək hədəflənir. Biz yalnız hansısa bir ölkənin xeyrinə müəyyən vaxt işə salınan, başqalarının təhlükəsizliyinə əhəmiyyət verməyən təhlükəsizlik anlayışlarını qəbul etmirik. Dünya ticarəti üçün platform kimi istifadə olunan dənizlər müəyyən güclərin xüsusi olaraq xeyrinə xidmət edə bilməz. Hər hansı ölkə üçün güc vasitələrinə əl atmaq və beynəlxalq sularda başqa ölkənin neftinin nəqlinə əngəl törətmək üçün sanksiya taktikasından yararlanmaq artıq məqbul sayıla bilməz. Ortaq maraqları olan ölkələr müştərək təhlükəsizliklərini məqbul səviyyədə təmin etmək üçün başqaları ilə hərbi əməkdaşlıq yolunu seçmək ehtiyacı hiss edirlər”, - Hüseyn Xanzadi deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam