Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tbilisidə etiraz aksiyası dağıdılıb, xəsarət alanlar var -YENİLƏNİR

 

 

Gürcüstan parlamentinin bütün girişləri aksiyaçılardan tam təmizlənib.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, qanunverici orqanın ətraf ərazisi xüsusi təyinatlıların nəzarətinə götürülüb.

Aksiyanın dağıdılması zamanı saxlanılan və xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

Hazırda Tbilisi meriyasının nəzdindəki “Tbilservice Group” şirkətinin əməkdaşları parlamentin binası önündəki Rustaveli prospektində təmizlik işləri aparırlar. 


*** 17:49

Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısında aksiyaçıların qurduqları çadırları ərazidən götürüblər.

Aksiyanın dağıdılması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Artıq parlament binasının arxa hissəsi etirazçılardan təmizlənib.

Polis parlament ətrafında qalan aksiyaçılara ərazini tərk etməklə bağlı yenidən xəbərdarlıq edib. 

Hazırda xüsusi təyinatlılardan ibarət dəstə qanunverici orqanın qarşısındakı Rustaveli prospektində yerləşdirilib. Əraziyə su şırnağı maşını da cəlb olunub.


*** 17:06

Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin ətrafını etirazçılardan təmizləməyə başlayıb.

Xüsusi təyinatlılar etirazçıların canlı səddini yarıb.

Ərazidə xüsusi təyinatlı nəqliyyat vasitələri də yerləşdirilib. 

Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçının saxlanıldığı bildirilir. 


*** 16:34

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara parlament ətrafını tərk etmək üçün 30 dəqiqə vaxt verib.

Etirazçılar, öz növbəsində, aksiyanın dinc olduğunu və heç yerə getməyəcəklərini bildiriblər.

Xüsusi təyinatlılar artıq parlament ətrafına cəlb olunublar.

Aksiya iştirakçıları polisin əraziyə daxil olmasının qarşısını almaq üçün canlı zəncir yaradıblar.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam