Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..

 Bu günlərdə 3 il öncə Aprel savaşının ən qaynar nöqtələrindən biri olmuş Tərtər rayonunun işğal altındakı Talış kəndinə  onlarla erməni ailəsi köçürülüb. 
Yenixeber.org: Bu haqda Rusiya mediası informasiya yayıb. Xəbərdə deyilir ki,  erməni icma rəhbərliyinin noyabrın 8-ə verdiyi məlumata  görə,  hazırda  kənddə 42  ailə yaşayır. Bundan qabaq həmin ailələr müvəqqəti Alaşan kəndində məskunlaşıblar. Bu ilin avqustunda  Talışda cəmi 4 ailə və 20 ailə başçısı yaşayıb.
Guya 2016-cı ilin aprelinədək Talışda  125 ailə və ya 600-dək erməni yaşayıb.  Aprel savaşından sonra erməni diasporunun dəstəyi ilə kənddə dağılmış binaların bərpası başlayıb. Ermənilərin kəndə geri qaytarılması 2018-ci ilin sentyabrına nəzərdə tutulsa da, bu baş tutmayıb.
P.S. Görünür, ermənilər xaricdəki ağalarından siqnal alıblar ki, Azərbaycan savaş-filan edən deyil. Odur ki, arxayıncasına təmas xəttindəki kəndləri təkrar məskunlaşdırırlar...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam