Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Düşmən çoxsaylı itki verib, kəndləri boşaldırlar -CƏBHƏDƏ AĞIR DÖYÜŞLƏR DAVAM EDİR

25942c5983fe3be181f4a80f9db59b2a

Ermənistan hərbi birləşmələri dünən gecədən başlayaraq, bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları edib.

Xeberinfo.com:   Publika.az xəbər verir ki, düşmənin təxribat hücumlarının qarşısını alınıb.
Məlumatlara görə, döyüşlər hazırda da davam edir. Ermənistan mediası Azərbaycan Ordusunun nəzarət etdiyi Talış kəndində qalan son sakinlərin də evlərini tərk etdiyini yazıb. Talış bələdiyyəsinin sədri Vilen Petrosyan deyib ki, kənddə 10-15 kişi qalıb.
“Əslində, Talışda çox adam yox idi. Təxminən 10-15 kişi qalıb. Onların ailələri isə orada yaşamır. Hazırda kənd tamamilə boşalır”, – deyə o bildirib.

Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini azad edərək, Talış kəndinə də nəzarəti əldə edəndən sonra oradakı bütün ermənilər ərazini tərk etdi. Daha sonra cəmi 10-15 ailə geri qayıtdı. Görünür, indi onlar da kəndi tərk edirlər.
Ermənistan mediası cəbhəboyu ərazilərdə yaşayan ermənilərin qorxu içində olduğunu, əksər ailələrin qaçmağa hazırlaşdığını yazıb. Bir neçə erməni ailəsi isə artıq əraziləri tərk edir.
Ermənistan rəsmiləri itkilərini gizlətsə də, sosial şəbəkədə erməni istifadəçilər çoxsaylı ölü və yaralıların olduğunu yazır.

 

Misal üçün, erməni rejissor Arşak Zakaryan feysbuk hesabında yazıb ki, erməni hərbi birləşmələri itkilər verib. Onun statusuna şərh yazan erməni istifadəçilər də itkilərin olduğunu təsdiqləyib. Ermənistanda ümumi ab-hava isə əhalinin qorxu içində olduğunu göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam