Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rafael Cəbrayılovun məcburi gətiriləcək

 


75dc1817e80811

Bu gün Abşeron rayon Məhkəməsində sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı icraçı İlyas Həsənovun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə nə icraçı İlyas Həsənov, nə də Rafael Cəbrayılov gəlib. Prosesdə yalnız zərərçəkən M. Qurbanovanın nümayəndəsi iştirak edib.

Məhkəmə prosesi noyabrın 15-ə qədər təxirə salıb.

Xatırladaq ki, R. Cəbrayılov zərərçəkən M. Qurbanovaya 370 min manat borcu var.

Əldə etdiyimiz məlumata görə, sabiq deputatla zərərçəkən arasında bir həftə əvvəl Abşeron rayon İcra Şöbəsində görüş keçirilib. R. Cəbrayılov zərərçəkəndən borcun ödənilməsi ilə bağlı sonuncu dəfə vaxt istəyib.

Qeyd edək ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb.

Rafael Cəbrayılovun, həmçinin, M. Qurbanova, O. Hacıyev, S. Məmmədova və onun oğlu F. Əliyevə də borcu olduğunu ortaya çıxıb.

Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam