Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İlham Əliyev islahatçılar komandası yaradır” - İsrailli ekspert

“İlham Əliyev islahatçılar komandası yaradır” - İsrailli ekspert
İlham Əliyev Nazirlər Kabinetinin “gəncləşdirilməsi” ilə paralel olaraq dərin struktur islahatlarını davam etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilir.
Yenixeber.org: Bu barədə Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut AzərTAc-a müsahibəsində danışıb.

Arye Qut vurğulayıb: “Ciddi kadr islahatlarına start verilib. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin rəhbəri öz tabeliyində olanlardan bütün sahələrdə olduğu kimi, qeyri-neft sektorunda da dəyişikliklər aparılmasını və vəziyyətin yaxışlaşdırılmasını, o cümlədən bu sektora xarici investisiyalar cəlb edilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, özəl sektorun hesabına iqtisadi inkişafa nail olmağı tələb edir. Başqa sözlə desək, ölkənin iqtisadi artımı demoqrafik artımdan üstün olmalı, “xəlvəti” iqtisadiyyata, inhisarlara qarşı ciddi mübarizə aparılmalıdır”.

İsrailli ekspertin fikrincə, Azərbaycan Prezidenti öz islahatçılar komandasının qarşısında dəqiq və konkret məqsədlər və vəzifələr qoyub. Bu, zamanın tələbidir, labüddür və kim bunu bacarmasa, gedəcəkdir. Arye Qut vurğulayır: “Strateji təfəkkür və mükəmməl təhsilin, müdrikliyin və analitik düşüncənin, demokratik dəyərlərin və sarsılmaz vətənpərvərliyin uğurlu sintezini özündə birləşdirən İlham Əliyev bütün bu keyfiyyətlər sayəsində Azərbaycan siyasətinə yenilikçilik, islahatçılıq və həqiqi praqmatiklik gətirib. İlham Əliyev kadr siyasəti barədə mühafizəkar təfəkkürü aradan qaldırır və gənc nəslə şans verir, onlar üçün fəaliyyət meydanı yaradır. İslahatçı Prezident ölkəni və onun real simasını dəyişən insandır. İslahatların, o cümlədən iqtidarda olan kadrların dəyişikliyinin miqyası o qədər genişdir ki, onun hazırlanması və həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır. Başqa sözlə desək, az qala hər gün müşahidə etdiyimiz struktur və kadr dəyişikliyi kortəbii şəkildə deyil, real nizamlanan prosesdir. Bu islahatlar Azərbaycanda postneft dövrünün gerçəkliklərini əks etdirir”.

Ekspertin sözlərinə görə, son iki həftə ərzində aparılmış çox mühüm kadr dəyişiklikləri müəyyən nəticələrə gəlməyə əsas verir. İsrailli ekspert deyir: “Bu, Azərbaycan Prezidentinin həqiqi siyasi əzmkarlığına dəlalət edir. Prezident Azərbaycanın və yeni dövlətçilik menecmentinin yeni, islahatçı modelini yaradır.

İlham Əliyev iqtisadi islahatların və kadr islahatlarının yeni dalğası barədə açıq və səmimi anons verib – müasir gənc kadrlar yeni təfəkkürə, əsaslı yeniliklər, real islahatlar barədə yeni baxışlara malik olmalıdır. İkincisi, bu iki həftə ərzində baş vermiş hadisələr kadr islahatlarının və iqtisadi islahatların zəruriliyini, dönməzliyini və genişləndiriləcəyini təsdiq edir. Biz gördük ki, bu kadr islahatları təkcə Azərbaycan hökumətinə deyil, Prezident Administrasiyasına da şamil edilir. Azərbaycanda faktiki olaraq siyasi isteblişment nəsilləri dəyişir, uzun illər boyu müasir Azərbaycan dövlətçiliyinin dayaqları olmuş insanlara dərin ehtiram nümayiş etdirilir.

Biz bu insanların güclü, müstəqil və uğurlu Azərbaycanın inkişafına verdiyi töhfələrə görə Prezidentdən yalnız təşəkkür sözləri eşitdik. Bu, bir daha sübut edir ki, söhbət sadəcə kadr islahatlarından deyil, mühüm struktur islahatlarından, ölkənin siyasi və iqtisadi menecmenti sahəsində dərin islahatlardan gedir. İqtisadi blokda əsaslı islahatların başlanmasını müşahidə edirik”.

İsrailli ekspert Arye Qut sonda deyib: “Azərbaycan düzgün yolda, dəyişikliklər yolundadır. Bu yolda bütün dəyişikliklərə Prezident İlham Əliyev rəhbərlik edir. O, hər bir problem barədə düzgün təsəvvürə, zəruri islahatçı təfəkkürə, dövlətin həyat fəaliyyətinin bütün istiqamətlərinə strateji və dəqiq yanaşma imkanına malikdir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam