Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əli Əhmədov - Tanzaniyanın Baş Naziri ilə görüşüb

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Tanzaniyanın Baş Naziri Kassim Majaliva ilə görüşüb.

Yenixeber.org: Görüşdə Əli Əhmədov Baş Nazir Kassim Majalivanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirakının önəmini qeyd edib.

Baş Nazirin müavini əminliyini bildirib ki, Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə bundan sonrakı fəaliyyəti üzv ölkələr arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərəcək.

Tanzaniyanın Baş Naziri Kassim Majaliva Azərbaycanı Qoşulmama Hərəkatına sədrlik etməsi münasibətilə təbrik edib. Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini deyən Baş Nazir göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Nazir deyib ki, Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir. O, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın daha da genişlənəcəyinə inandığını söyləyib.

Görüşdə Azərbaycan ilə Tanzaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam