Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

”Yaxşı olsaydı, onu ANS-dən atmazdılar”

 

Müğənni Əli Mirəliyevlə ATV-nin aparıcısı Mətanət Əliverdiyeva arasında qalmaqal yaşanıb. Mətanətin “Gündəlik” verilişində “Əli Mirəliyevin səsi yoxdur” söyləməsi qarşı tərəfi özündən çıxarıb

 

"Xeberinfo.com":  Məlumata görə, Publika.az-a açıqlama verən Ə.Mirəliyev od püskürüb:
 “O Mətanət nə danışdığını bilmir. Deyir ki, guya mənim səsim yoxdur. O musiqidən nə qanır. Mənim insultdan sonra dişlərim tökülüb, ağzım əyilib, amma musiqiləri mükəmməl səviyyədə ifa edirəm. Hansı ki, müğənninin bir dişi olmasa, oxuya bilməz. Mətanət kimdir axı, mənə qiymət verir? Onun musiqidən başı çıxmır. Bu gün bir qrup aparıcı efirdə bazar açıb, müğənnilərdən pul yığır, səsi olmayanları tərifləyirlər. Mənim kimi səsli sənətkarları da pisləməklə məşğuldurlar. Mən onun dilindən eşitsəm ki, Şövkət Ələkbərovanın səsi olmayıb, təəccüblənmərəm. Çünki o sənətkarların adına kölgə salmaq istəyir”.
 
Əli Mirəliyevin qəzəbi soyumayıb, o qarşı tərəfin ünvanına daha kəskin fikirlər səsləndirib: “Mətanətin aparıcılığını bəyənən də yoxdur. Vaxt vardı, ANS-in radiosunda işləyirdi. Yaxşı aparıcı olsaydı, onu ANS-dən atmazdılar. Bu dəfə də ATV onu atsa, birbaşa Sumqayıta gedib, Boru-Prokat zavodunda işə düzələcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam