Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xalq artisti ölümündən az əvvəl evində dinləmə qurğusu axtarırmış

İlhamə Quliyeva ölümündən az əvvəl evində dinləmə qurğusu axtarırmış

Mərhum xalq artisti evdə apardığı danışıqların yazılmasından təlaş keçirirmiş

 

 
Xeberinfo.com:  İlhamə Quliyevanın qəfil ölümü müəyyən şübhələrə də yol açmışdı. Müğənninin ölümündən bir neçə gün əvvəl Bakı Şəhər Prokurorluğunun müstəntiqləri tərəfindən dindirilməsi, onun zəhərlənməsi ilə bağlı iddiaların araşdırılmasının İ.Quliyevanın səhhətinə mənfi təsir etməsinə dair iddialar da vardı. Redaksiyamıza daxil olan məlumata görə, müğənni ölümündən qabaq çox gərgin olub. O, yaşadığı mənzildə çox ciddi şəkildə dinləmə qurğusu axtarışları apartdırıb. 
İ.Quliyevanın ətrafında olan şəxslər onu mənzilinə gizli dinləmə qurğusu yerləşdirilməsinə inandırıblarmış. Deyiblər ki, mənzildə baş verənlərin mətbuat səhifəsinə çıxması təsadüfi deyil, xüsusi dinləmə vasitəsi ilə mənzildə baş verənlər sonradan mətbuata ötürülüb. Bundan çox əndişələnən müğənni mənzilə dinləmə cihazı axtaran mütəxəssislər gətizdirib. İddiaya görə onun halı bu məsələyə görə çox gərgin olub. 
 
Yada salaq ki, həmin ərəfələrdə, bu il fevralın ilk günlərində mətbuatda İ.Quliyevanın ərizəsi əsasında həbsə alınan Mehriban Hüseynovanın sensasiyalı məktubu dərc olunmuşdu. M.Hüseynova məhbəsdən “Yeni Müsavat”a göndərdiyi məktubda  İ.Quliyevanın onu tutdurmasının səbəbinə də aydınlıq gətirmişdi, onun efirdə yaltaqlandığı şəxslər haqqında evdə nalayiq ifadələr işlətdiyini iddia etmişdi. 
 
M.Hüseynova İ.Quliyevanın mənzildə bu kontekstdə dilə gətirdiyi fikirlərin səs yazısının onda olduğuna da işarə etmişdi. Lakin İ.Quliyeva öz kanalları vasitəsi ilə istintaqa yaxın mənbələrdən öyrənə bilib ki, belə bir səs yazısı M.Hüseynovada yoxdur. Amma digər şəxsdə ola bilməsi ehtimalı İ.Quliyevaya rahatlıq vermirmiş. Ətrafının “mənzildə ”juçok" var" fikirləri və bu narahatlıqları müğənninin son günlərində çox gərgin anlar yaşamasına səbəb olubmuş. İ.Quliyevanın ətrafında olanların onu belə bir fikrə inandırmaqda məqsədlərinin nə olması haqda indi yalnız ehtimallar irəli sürmək olar. Müxtəlif xəstəliklərdən müalicə olunan birinə stress yaşada biləcək məlumatların verilməsinin hansı nəticəyə aparıb çıxaracağını da təxmin etmək də elə də çətin deyildi... 
 
Müğənninin ölümündən sonra baş verən mülk davaları da bu təxminləri gücləndirir...
Bu yerdə İ.Quliyevanın ölümündən bir neçə gün əvvəl mənzilinə dinləmə qurğusu axtaran mütəxəssislər gətirməsinə qayıdaq. Həmin mütəxəssislər mənzili ələk-vələk edib, amma müğənninin ətrafının iddia etdiyi “juçok” tapılmayıb!
 
İ.Quliyevanın yaşadığı stress isə öz işini görüb. Bu, ehtimaldır və yoxlanılmasına ehtiyac var. 
Yada salaq ki, İlhamə Quliyevanın ölümündən dərhal sonra mirası üstə dava düşdü; qohumlar bir-birilərini ittiham etməyə başladı. Müğənninin bacısı Gülbahar Quliyeva “Bir də gördünüz ki, bir yerdən qızı da çıxdı” deməklə aranı qatdı. Onun bu açıqlaması ortalığı bir-birinə vurmaqla yanaşı, miras qalmaqalını kulminasiya həddinə çatdırdı. 
İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, mərhumun mirası dövlətə qalacaq. Çünki hər kəsin müğənninin oğlu kimi tanıdığı Orxan Nadirov sənəd üzərində başqa şəxsin övladıdır və müğənni onu sənədləşdirmədən övladlığa götürüb: “Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Heç bir hüquqi sənəd yoxdur təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki, ”mən mirasımı ölümümdən sonra Orxana verirəm".
 
Orxan Nadirovun vəkili müğənninin açıqlaması haqda bunları demişdi: “Orxan İlhamə xanımın oğludur. Bu, hər yerdə göstərilir. Hətta dəfn mərasimində heç kimi təqdim etmədilər, amma Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdilər. Hətta nazir də (Əbülfəs Qarayevi nəzərdə tutur-red.) Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdi. Orxan bələkdə olandan İlhamə xanımın oğlu kimi təqdim olunub. Əli Mirəliyev çox söz deyə bilər. Hüquqi varis qanunlar tərəfindən tənzim olunacaq”. 
 
İ.Quliyevanın qohumu Əli Mirəliyevin qalmaqallı miras açıqlamaları müğənninin bacısı Gülbahar Quliyevanı və oğulluğu Orxan Nadirovu özündən çıxardıb. Orxan Nadirov mətbuat vasitəsi ilə Əli Mirəliyevə onların ailəsinin daxili işlərinə qarışmaması ilə bağlı xəbərdarlıq edib. Bacısı Gülbahar Quliyeva isə ortada “mal davası” olmasına işarə etmişdi: “Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik...Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumu da deyil”. 
İlhamə Quliyevanın dayısının kürəkəni, müğənni Əli Mirəliyevin sözlərinə görə, müğənninin dəfnindən qayıdanda həmin evin qıfılının dəyişdirildiyinin şahidi olub. Əli Mirəliyev bu işin Orxan Nadirov tərəfindən həyata keçirildiyinə işarə vurmuşdu...
İ.Quliyevanın mirasına gəldikdə isə yaxınlarının da iddialarına görə, müğənninin Bakının bir neçə yerində mənzilləri, bahalı avtomobilləri, çoxlu qızıl-zinət əşyaları, brilyantı, həmçinin, bank hesablarında kifayət qədər böyük həcmdə pulu varmış.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam