Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Barış bulağı” ilə bağlı 6 bəndlik bəyanat-Mətn

 

Türkiyənin Milli Müdafiə Nazirliyi “Barış bulağı” əməliyyatı ilə bağlı baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bəyanatda deyilir:

-1. 17 oktyabr 2019-cu il tarixində Fəratın şərqi ilə bağlı Türkiyə və ABŞ arasında razılıq əldə olunmuş, bu çərçivədə “Barış bulağı”na 120 saat fasilə verilmiş və bu günə qədər tərəfimizdən əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə zəruri həssaslıq göstərilmişdir;

2. Müddətin sonunda ABŞ tərəfindən PKK-YPG-nin bölgədən çəkilməsinin tamamlandığı bildirilmişdir;

3. 22 oktyabr 2019-cu il tarixində Soçidə cənab Prezidentimizlə Rusiya Federasiyası Prezidenti arasında əldə olunmuş razılaşma əsasında bu gündən etibarən RF ilə ortaq fəaliyyətlərin icrasına başlanılacaqdır;

4. “Barış bulağı” əməliyyat sahəsi xaricindəki sərhədlərimizin təhlükəsizliyi və YPG terror qruplaşması ünsürlərinin sərhədimizdən 30 kilometr xaric edilməsinə dair əsasları da əks etdirən razılaşma çərçivəsində mövcud əməliyyat bölgəsi xaricində bu mərhələdə yeni bir əməliyyat icra edilməsinə gərək qalmayıb;

5. Türkiyə sərhədlərinin cənubunda terror dəhlizinin yaradılmasına əsla izn verməyəcək və terrorla mübarizəmiz qətiyyətlə davam edəcəkdir;

6. Beləliklə, bölgədə sülh dəhlizi yaradılmaqla didərgin salınmış suriyalı qardaşlarımızın könüllü və təhlükəsiz bir şəkildə evlərinə və torpaqlarına qayıtması təmin ediləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam