Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən Türkiyəyə TƏHDİD: 3 milyon türkü...

 

Almaniyanın "Die Partei“ Partiyasının sədri, eləcə də Avropa Parlamentinin Almaniyadan olan marginal üzvü Martin Sonneborn suriyalı qaçqınların Avropaya göndəriləcəyi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına cavab verib.

Yenixeber.org: Millət vəkili Ankaranın belə bir addım atacağı halda, özlərinin də Almaniyada yaşayan türkləri geri göndərə biləcəklərini bildirib.

“Ərdoğan bizi 3 milyon suriyalınn göndərilə biləcəyi ilə təhdid edərsə, biz də 3 milyon türkü göndərə biləcəyimizlə təhdid edək”, - o bildirib.

Xatırladaq ki, Avropa ölkələrinin Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatına qarşı çıxmasından sonra Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların Avropaya göndərilə biləcəyini söyləmişdi.

Qeyd edək ki, erməni qadınla evil olan Martin Sonneborn bu ilin avqust ayında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və Xankəndində təxribatçı çıxışlar etməsi ilə gündəmə gəlib. Almaniyada siyasətçidən daha çox kloun və "yumor partiyası"nın rəhbəri kimi tanınan Martin Sonneborn Xankəndiyə səfər etmişdi. Martin Sonneborn 25 nəfərlik nümayəndə heyətilə Dağlıq Qarabağda bəzi görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyi alman deputatı "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı" na daxil edib. (Publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam