Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan - etiraz edən əsgər analarından vaxt istədi

Paşinyan etiraz edən əsgər analarından vaxt istədi
Ermənistanın baş naziri Nikol Paşinyan ölən hərbi qulluqçuların anaları və onların dul qadınları ilə görüşdə yenidən təzminat məsələsi ilə bağlı onlara müsbət cavab verməyib.

Yenixeber.org: Paşinyan onlardan il yarım vaxt istəyib.
Xatırladaq ki, ay ərzində qadınlar təzminat ödənilməsi ilə əlaqədar bir neçə dəfə etiraz aksiyası keçiriblər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış 30 min dram (6 min dollara yaxın) kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış ediblər.

Paşinyanla görüşdə yas paltarında olan səkkiz qadından yalnız biri “Əsgər” insan hüquqları təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan çıxış edib. O deyib ki, 1 mart hadisələrinin qurbanları ilə digər ölmüş hərbçilərin ailələrinə fərqli yanaşmanın olması ədalətsizlikdir.

"İnqilab oldu, indi ölkədə pul var. Tələbimizin mahiyyəti hər kəsə bərabər miqdarda vəsait ayrılmasıdır", - Xaçatryan deyib.

Paşinyan isə məsələnin həll edəcəyini deməklə, onlardan il yarım vaxt istəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam