Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu dəfə leş ət satan“Bala Tofiq” ifşa edildi

Bu dəfə leş ət satan “Bala Tofiq” ifşa edildi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbiri AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda keçiriblər.
Yenixeber.org: AQTA-dan verilən məlumata görə, Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam