Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə 100 kq yararsız ətin - satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə həyata keçirdiyi monitorinq zamanı Gəncə şəhəri ərazisində Kazımov Babək Vilayəddin oğluna məxsus 20-DN-525 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə, ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib.

Ümumi çəkisi 100 kq olan, insan istehlakı üçün istifadəyə yararsız, mənşəyi məlum olmayan ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam