Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elmar Məmmədyarov da gedir-O da istirahət istəyir

 

Daha bir nazir vəzifəsindən azad olunacaq –

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad oluna bilər.

Yenixeber.org: Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. 

“Təcrübəli diplomat olan E.Məmmədyarov təəssüf ki, illərdir XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “dqr”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən ara-sıra artan hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu deyilir”.

Xəbərdə qeyd olunur ki, məlumatlı mənbələr iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov istirahət arzusundadır. Bu günlərdə erməni mənbələri də E.Məmmədyarovun istefa verə biləcəyini iddia ediblər. 

Xəbərdə həmçinin ötən gün baş nazir vəzifəsindən azad olunan Novruz Məmmədovun Xarici işlər naziri təyin olunma ehtimalı da irəli sürülüb. 

Qarabağ məsələsi ilə bağlı danışıqlarda ən məlumatlı adamlardan biri olan N.Məmmədovun nazir ola biləcəyi ehtimalı haqda indi düşünmək sensasiya sayıla bilməz. 72 yaşına baxmayaraq, N.Məmmədov iqtidar komandasında hələ də işləyə bilər. Onun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə biləcəyi də mümkün variantlardan biridir.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam