Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZAL cənazələri də tərəziyə qoyub çəkir –Şikayət

 

AZAL cənazələri də tərəziyə qoyub çəkir –

Bakıda vəfat edən Naxçıvan Muxtar Respublikasının sakinlərinin doğma el-oasına aparılıb dəfn olunmasında böyük problemlər var. 

Yenixeber.org: Bu haqda məlumatı “Hürriyyət” qəzeti yayıb. Yazıda qeyd edilir ki, xaricdə vəfat edənlərin cənazələri heç bir problem olmadan Bakıya gətirildiyi halda, bəzən Naxçıvana cənazə aparmaq böyük müşkülə çevrilir. Buna problem yaradan isə AZAL-ın yaratdığı sərt qaydalardır. Yazıda qeyd olunur:

“Əksər hallarda mərhum yaxınlarına bilet tapılmır. Ölüsünü təyyarə ilə göndərənlər isə Muxtar Respublikaya avtobusla qayıtmalı olurlar. Cənazələri yük yerlərindən “kiçik torpaq”da yaşayan qonşular və ya tanışlar alır, ölənlərin qohumlarının gəlib çatmasını gözləyirlər. Beləcə, dəfnlər də yubanır”.

Qəzetə müraciət edən şikayətçilər deyib: “”Cənazəni aparırsan, sənədləri təftiş olunur, “neçə kilodu?” soruşulur, ona uyğun vəsait tələb olunur". Ölünü tərəzidə çəkib yaxınlarından pul tələb etməyin insanlar arasında necə ciddi narazılıqlar yaratdığını ifadə etmək çətindir.

Cənazələrin təyyarə ilə daşınması üçün xüsusi dəmir tabutlara yerləşdirilməsinin tələb olunması da matəm iştirakçılarını qəzəbləndirir. Çünki gecənin bir yarısında bu tabutların tapılması asan deyil. Üstəlik, vəziyyətdən istifadə edən bəzi işbazlar dəmir tabutları baha qiymətə ölü yaxınlarına sırıyırlar.

Müstəqilliyimizi qazandıqdan sonra Naxçıvanda yaranmış çətin vəziyyət onminlərlə sakinin bu diyarı tərk etmələrinə yol açıb. Dolayısıyla Naxçıvana gətirilən ölü sayı da çox olur və bu məsələyə indiyədək çözüm gətirilməsi insanları öz dövlətlərindən incik salır.

Acınacaqlıdır ki, ölü sahiblərinin Naxçıvan və Bakı aeroportlarında yaşadığı bu dram dəfələrlə mətbuat səhifələrində işıqlandırılıb. Hətta millət vəkilləri səviyyəsində Naxçıvan ölülərinin başına gətirilən bu müsibətlər etiraf olunub. 

Problem isə həll olunmur ki, olunmur. Görünür, ona görə ki, naxçıvanlıların ölüsü də kimlər üçünsə yaxşı qazanc mənbəyidir”.

Onu da qeyd edək ki, cənazələrin Naxçıvana aparılmasına yaradılan problemlər üzündən Bakının müxtəlif ərazilərində Nazçıvanın ayrı – ayrı rayonları özləri üçün qəbristanlıq salmağa məcbur olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam