Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dilqəm Əsgərov -qardaşına məktub göndərdi

Dilqəm Əsgərov qardaşına məktub göndərdi
Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov qohumlarına məktub göndərib.
Yenixeber.org: Bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, məktub əmisi Sahib Əsgərovun adına göndərilib.

“Mən məktub almamışam, BQXK-nın nümayəndələri ilə görüşmüşəm. Bildiriblər ki, atamın səhhətində ciddi bir problem yoxdur, normaldır. Atam əmimə məktub yazıb. Məktub bir neçə cümlədən ibarətdir: “Salam, mənə görə narahat olmayın. Səhhətim normaldır və s”. Nümayəndələrin şifahi dediyi sözlər məktubda yazılı formada verilib. Mən onlarla görüşdə də dedim ki, indiyə kimi deyirdiniz, atam özü məktub yazamaq istəmir. İndi məktub yazıbsa, siz onun video görüntüsünü və ya şəklin də gətirə bilərdiniz. Ən azından bir dəqiqəlik görüntü gətirin, görək, atam sağ- salamatdır?! Ailməzin narahatlığını nəzərə almalıdırlar. Ancaq quru sözlərdən ibarət, doğruluğu bəlli olmayan məlumatlarla gəlirlər”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam