Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilər atamın ayağını sındırıb” -Dilqəmin oğlu

“Ermənilər atamın ayağını sındırıb” - Dilqəmin oğlu
“Atamdan aylardır məktub ala bilmirəm. Yazdığım məktublara hələ də cavab gəlməyib. Onun səhhəti məni ciddi narahat edir”

Yenixeber.org: Bunu Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O, bildirib ki, qanunsuz məhkəmə prosesləri ərəfəsində ermənilər tərəfindən Dilqəm Əsgərovun ayağı sındırılıb.

“Beynəlxalq Qırmızı Xaç Komitəsi həmişə standart cavab verir ki, girovların səhhəti normaldır, heç bir narazılıqları yoxdur. Aylardır məktub gəlməməsini belə izah edirlər ki, guya atam özü məktub yazmır və ya video göndərilməsini istəmir. Ancaq mən bilirəm ki, vəziyyət əksinədir. Əvvəlki məhkəmələrinə özü gəlirdisə, sonradan ermənilər ayağını sındırmışdılar, deyə axsaya-axsaya gəlirdi. Komitə isə deyir ki, ayağı indi düzəlib, ürəyinə görə dərmanlar qəbul edir. Təəssüflər olsun ki, bizə deyilən cavabların ümidinə qalmışıq”, - deyə K. Əsgərov bildirib.



Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam