Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dilqəm Əsgərovun şəkilləri ailəsini şoka saldı

bitmap-img6

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayənədələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
"Xeberinfo.com": Məlumata görə, bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov danışıb. Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var. 
Bundan əlavə BQXK nümayəndələri tərəfindən D.Əsgərovun yeni görüntüləri ailəsinə təqdim olunub.
"Beynəlxalq Qızl Xaç komitəsi atamın yeni çəkilmiş şəkillərini bizə təqdim etdi. 4 şəkil idi. Həmin şəkilləri bizə vermədilər. Şəkilə baxanda atamı tanıya bilmədim, çox qocalıb. Saçı ağappaq olub. 
Atam qondarma məhkəmələr zamanı çəkilən fotolarda indikindən yaxşı görünürdü. Səhhətində ciddi problemlərin olduğu üzündən görünürdü. Komitədən isə bizə həmişə olduğu kimi bildirdilər ki, atamın səhhətində problem yoxdur. Şəkillərdə göndərdiyimiz ərzaqların atama təqdim olunması da əks olunub".
D. Əsgərovun qardaşı Sahib Musayev: "Axır ki, Dilqəmdən bir xəbər ala bildik. Keçən dəfə məktubda yazdıqlarının çox hissəsinin pozulmasına etiraz etdiyimə görə, bu dəfə mənə məktub gəlmədi. Etirazlarımızdan sonra Dilqəmin şəkillərini bizə göstərdilər. Qardaşım indi 90 yaşında qoca kişiyə oxşayır. Bundan əvvəl şəklini 2015-in yanvarda göstərmişdilər. Fərq 20 ilə bərabərdir. Dilqəmin şəklini görəndə dəhşətə gəldik. İnsan bir neçə il ərzində belə qocala bilməz, şoka düşmüşük".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam