Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Girovun oğlu BQXK-dan narazıdır: “Görüşə icazə vermirlər”

    

Girovun oğlu BQXK-dan narazıdır: “Görüşə icazə vermirlər”
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) həkimi Kəlbəcərdə girov götürülən azərbaycanlılara baş çəkib.
 Yenixeber.org: Bu barədə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

O, həmin həkimlə görüşə icazə verilmədiyini deyib: "Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimi kəlbəcərli girovlara baş çəksə də, həkimlə şəxsən mənim görüşümə icazə verilmir. Mənə deyirlər ki, sən dövlət işçisisən. Ailədən kim istəsə, həkimlə görüşə bilər, ancaq mən yox. Başa düşə bilmirəm ki, atama baş çəkən həkimlə niyə görüşməyə icazə vermirlər. Mənə atam barəsində məlumat vermirlər. Elə bilirlər ki, Dövlət Təhlükəsizliyi Xidmətinin işçisiyəm. Daha bilmirlər ki, fəhlə işləyirəm. Gedin, araşdırın görün harada işləyirəm. BQXK işçiləri söz vermişdi ki, atamın şəklini və videosunu gətirəcəklər. İndi isə deyirər ki, nə məktub var, nə video".

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məsələ ilə bağlı AzVision.az-a bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri avqust ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər. O qeyd edib ki, onların ailələri ilə əlaqə saxlanılır və başçəkmə ilə bağlı məlumat verilir. 

"Bizim əməkdaşlar daimi olaraq ailələrlə əlaqədədir" ,- deyə İ.Hüseynova vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam