Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ İran nazirini ölüm ayağında olan səfirin yanına buraxmadı - ŞƏRT İRƏLİ SÜRÜLÜB, TEHRAN İMTİNA EDİB...

ABŞ İran nazirini ölüm ayağında olan səfirin yanına buraxmadı


ABŞ hakimiyyəti İran xarici işlər nazirinin bu ölkənin BMT-dəki daimi nümayəndəsi, Nyu-York xəstəxanasında xərçəngdən müalicə olunan səfir Məcid Taxt-Rəvançiyə baş çəkməsinə icazə verməyib.


Yenixeber.org: BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən Məhəmməd Cavad Zərifin hərəkəti məhdudlaşdırılıb. Çünki ABŞ ona qarşı sanksiyalar tətbiq edib. İran nazirinə ancaq qaldığı otelin və ölkəsinin BMT-dəki daimi nümayəndəliyinin hüdudları çərçivəsində hərəkət etməyə icazə verilib.

Məlumata görə İran tərəfi əvvəlcədən Cavad Zərifin Nyu-York xəstəxanalarından birində müalicə alan səfirə baş çəkməsinə icazə verilməsi üçün ABŞ-a sorğu göndərib. Lakin Amerika tərəfi şərt irəli sürüb, bildirib ki, belə icazənin verilməsi üçün İranda həbsdə olan bir ABŞ vətəndaşı azad edilməlidir. İran tərəfi isə bu şərtlə razılaşmayıb.

Bu arada İran prezidenti Həsən Ruhani bəyan edib ki, Tehran BMT-nin mənzil-qərargahının başqa ölkəyə keçirilməsinə tərəfdardır və əgər belə təşəbbüs irəli sürülsə ölkəsi onu dəsəkləyəcək. (Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam