Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezident İlham Əliyev- Beynəlxalq Valyuta Fondunun yeni direktorunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru xanım Kristalina Georgiyevaya təbrik məktubu ünvanlayıb.  

Yenixeber.org:  Təbrik mətnində deyilir:  

"Hörmətli xanım Georgiyeva,

Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara Beynəlxalq Valyuta Fondunun dəstəyini məmnunluqla qeyd etmək istərdim.

Ümidvaram ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi ilə bağlı qarşısında duran məsul vəzifələrin öhdəsindən layiqincə gələrək, beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə töhfələr verəcəkdir.

Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam