Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan İstanbuldakı zəlzələdən danışdı:“8 nəfər yaralanıb”

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

Yenixeber.org: Məlumata görə, bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.

R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.

Türkiyə dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.

*   *   *15:20

Türkiyənin İstanbul şəhərində növbəti güclü zəlzələ baş verib.

Yerli KİV-lər bildirir ki, ilkin məlumatlara əsasən, zəlzələ 5.9 bal gücündə olub.

Yeraltı təkanlar təxminən 30 saniyə davam edib.

Məktəblər, xəstəxanalar, ticarət mərkəzləri təcili təxliyə olunub. Telefon xətləri kəsilib. Şəhərdə böyük panika yaranıb. Sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.

Avcılar rayonunda yerləşən məscidin minarəsi dağılıb.

Qeyd edək ki, İstanbulda bu gün səhər saatlarında da 3.6 bal gücündə zəlzələ baş vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam