Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Spiker:“Gürcüstan NATO-ya üzv olmağa hazırdır”

“Gürcüstan NATO-ya üzvlük üçün strateji baxımdan hazırdır”.

Yenixeber.org:  Bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze NATO Parlament Assambleyasının prezidenti Madlen Munla keçirdiyi görüşdən sonra bildirib.

O deyib ki, M.Munun Gürcüstana səfəri NATO-nun dəstəyini nümayiş etdirir: “Biz bu əməkdaşlığın dərinləşdirilməsini alqışlayırıq. Gürcüstan parlamenti və NATO Parlament Assambleyası arasındakı əməkdaşlıq gələcəkdə də çox güclü olacaq. Fəxr edirik ki, gürcü hərbçilər NATO əsgərləri ilə birgə dünyanın ən çətin yerlərində azadlıq və dəyərləri müdafiə edir”.

Spikerin sözlərinə görə, Gürcüstan demokratiyasını gücləndirir: “Seçki sisteminin dəyişdirilməsi, məhkəmə sisteminin yenidən qurulması, demokratik institutların gücləndirilməsi sübut edir ki, biz demokratiyanı möhkəmləndiririk”.

A.Talakvadze Gürcüstanın NATO-nun regionda ən etibarlı tərəfdaşlarından biri olaraq qalacağını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam