Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Jurnalisti döyən şəxs həbs edildi

 

Jurnalisti döyən şəxs həbs edildi

Məhkəmə jurnalist Zülfüqar Xeyirxəbəri döyən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Yenixeber.org: Bu barədə jurnalist şəxsi Facebook səhifəsində paylaşım edib.

Zülfüqar Xeyirxəbər ona qarşı xuliqanlıq edərək xəsarət yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyini, haqq ədalətin öz yerini tapdığını bildirib. Jurnalist bu məsələdə ona dəstək olan Mətbuat Şurasının sədri Əflatun Amaşova və Baş Prokuror Zakir Qaralova təşəkkür edib. 

Qeyd edək ki, Zülfüqar Xeyirxəbərə xəsarət yetirən Seymur Mustafazadə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib.   

Xatırladaq ki, jurnalist Zülfüqar Xeyirxəbər avqustun 25-i, axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam