Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Jurnalistin döyülməsi faktı ilə bağlı - CİNAYƏT İŞİ başlandı

 

Avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Yenixeber.org:   Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.

İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam