Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı -dünyanın ən təhlükəsiz şəhərləri sırasına daxil oldu

Bakı şəhəri dünyanın 2019-cu ildə 50 ən təhlükəsiz şəhərləri arasında yer alıb.

Yenixeber.org:  “The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə “The Economist” dərgisinin tərtib etdiyi illik hesabatdakı reytinqə görə, Azərbaycanın paytaxtı maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub.

Reytinqə görə, 60 şəhər rəqəmsal təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici əsasında dəyərləndirilib.

Belə ki, Kopenhagen, Dubay, Laqos şəhərləri ilə yanaşı, reytinqə ilk dəfədir ki, qiymətləndirilən Bakı rəqəmsal təhlükəsizliklə bağlı siyahıda 51,7 xalla 46-cı yerdə, səhiyyə təhlükəsizliyi ilə bağlı siyahıda 64 xalla 41-ci yerdə, fərdi təhlükəsizlik baxımından 63,7 xalla 49-cu yerdə, infrastruktur təhlükəsizliyi üzrə isə 46,3 xalla 54-cü yerdə qərarlaşıb.

Reytinqdə birinci yeri Yaponiyanın paytaxtı Tokio şəhəri tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul, Melburn yer alıb.

Araşdırma müəlliflərinə görə, hazırda dünya əhalisinin 56 faizi şəhərlərdə yaşayırsa, 2050-ci ildə bu rəqəm 68 faizə çatacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam