Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan dünyanın təhlükəsiz ölkələri reytinqində - 34-cü yeri tutub

"Numbeo" servisi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələrinin və şəhərlərinin reytinqini dərc edib.

Yenixeber.org: Xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər.

Azərbaycan bu reytinqdə 34-cü yeri tutub (cinayətkarlıq indeksi - 32,68, təhlükəsizlik indeksi - 67,32).

Qətər dünyanın ən təhlükəsiz ölkəsidir. Orada cinayətkarlıq indeksi 12, təhlükəsizlik indeksi 88 baldır. Birləşmiş Ərəb Əmirlikləri (cinayətkarlıq indeksi - 15,52, təhlükəsizlik indeksi - 84,48) ikinci, Yaponiya (cinayətkarlıq indeksi - 15,91, təhlükəsizlik indeksi - 84,09) isə üçüncü sırada yer alıb.

Ən təhlükəli ölkələr sırasında Əfqanıstan, Papua Yeni Qvineya və Cənubi Afrika göstərilib.

Həmçinin dünya şəhərləri üzrə ayrıca təhlükəsizlik reytinqi tərtib edilib. Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında 86-cı yeri tutub. İlk üçlükdə Əbu-Dabi (BƏƏ), Doha(Qətər) və Kvebek (Kanada) yer alıb.

Dünyanın ən təhlükəli şəhərləri isə Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika) və Port Morsbi (Papua Yeni Qvineya) hesab olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam